IQNA

Pakistanlı hacıların HƏCC çətinlikləri

11:36 - August 25, 2018
Xəbər sayı: 3483725
Pakistan İslam Respublikasının Səudiyyə Ərəbistanın Həcc işləri təşkilatlarında heç bir qanuni və şəri nümayəndəsi yoxdur. Bu isə öz növbəsində pakistanlı zəvvarlar üçün bir çox problemlər yaradır.

Pakistanlı hacıların HƏCC müsibətləriİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistan İslam Respublikasının Səudiyyə Ərəbistanın Həcc işləri təşkilatlarında heç bir qanuni və şəri nümayəndəsi yoxdur. Bu isə öz növbəsində pakistanlı zəvvarlar üçün bir çox problemlər yaradır.

Bu barədə İQNA ilə müsahibəsində Pakistanın "Əhli-Sünnə Həcc karvanları agentliyinin rəisi", camaat imamı və əhli-sünnə alimi Qari Əbdürrəhman danışıb.

O dedi: Həccin İslam dinində xüsusi əhəmiyyəti və yeri vardır. Hədislərdə deyilir ki, İslam dini beş sütün üzərində dayanıb və onlardan biri də Həccdir. Buna görə də pakistanlı müsəlmanlar da Allah evini ziyarət etməyə müştaqdırlar.

O vurğuladı: Həcc təkcə şəxsi ibadət deyil, Həccin fərdi və ictimai təsirləri və bərəkətləri vardır. Buna görə də, biz məktəb proqramlarında Həccin fəlsəfəsini və əhəmiyyətini anladan dərslikləri yerləşdirməliyik ki, gələcək nəsillər Həcci yaxşı dərk etsinlər. Amma təəssüflər olsun ki, Pakistanda bu məsələyə az diqqət edilir.

Pakistanın "Əhli-Sünnə Həcc karvanları agentliyinin rəisi", camaat imamı və əhli-sünnə alimi Qari Əbdürrəhman dedi: Pakistan və Ərəbistan arasında imzalanmış müqaviləyə əsasən hər il ölkəmizdən 180 min nəfər Həcc mərasiminə ezam edilir. Amma Pakistan İslam Respublikasının Səudiyyə Ərəbistanın Həcc işləri təşkilatlarında heç bir qanuni və şəri nümayəndəsi yoxdur ki, hacıları düzgün istiqamətləndirsin. Bu isə öz növbəsində pakistanlı zəvvarlar üçün bir çox problemlər yaradır. Ölkənin dini işlər nazirliyi isə təkcə hacıların ezamı məsələsinə görə məsuliyyət daşıyır və bundan artıq bir iş görmür.

Qari Əbdürrəhman vurğuladı: Həcc mərasimi müsəlman ümmətinin oyanışı və vəhdəti üçün ən gözəl fürsətdir. Amma təəssüflər olsun ki, Ərəbistanın Həcc işləri məsulları bundan qəflətdədirlər. Hətta qeyri-müsəlmanlar da bilirlər ki, biz Həcc mərasimindən düzgün istifadə edə bilmədik, halbuki Həcc mərasimi bizim üçün ən yaxşı fürsətləri yaradır.    

http://iqna.ir/fa/news/3740263

مشکلات حجاج پاکستانی در مراسم حج

 Ù…شکلات حجاج پاکستانی در مراسم حج

 Ù…شکلات حجاج پاکستانی در مراسم حج

Teqlər: iqna ، pakistan ، həcc ، ərəbistan
captcha