IQNA

Afrikalı qoca Quranı 70 dəfə kitabət edib

14:45 - August 26, 2018
Xəbər sayı: 3483734
O, bütün vücudu ilə Quranın aşiqidir. O, bütün Qurani-Kərimi, hətta surələrin xüsusiyyətini və hər surədə ayələrin dəqiq sayını, peyğəmbər və rəsullara aid olan kəlmələrin sayını da əzbərdən bilir.

Afrikalı qoca Quranı 70 dəfə kitabət edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 81 yaşlı Afrikalı qoca kişi yaşadığı bu bərəkətli ömür yolunda Qurani-Kərimi 70 dəfə əl ilə kitabət etməyə müvəffəq olub.

Şeyx Şüəyb Afrikada dünyaya gəlib. Onun hazırda 81 yaşı vardır. O, indiyədək Qurani-Kərimi əl ilə yetmiş dəfə kitabət edib, yazıb.  

Onun evi təkcə iki otaqdan ibarətdir. Otaqların birində yaşayır, yatır və digərində qonaqlarını qarşılayır və kitabət işini görür.

O, bütün vücudu ilə Quranın aşiqidir. O, bütün Quranı, hətta surələrin ayələrinin sayını, peyğəmbər və rəsullara aid olan kəlmələrin sayını da əzbərdən bilir.

Şeyx Şüəybin işi barədə qısa bir video paylaşıldıqdan sonra Allah-Taala ona Həcc ziyarətini nəsib edib.

Afirkalı Quran xəttatı altımış ilə Qurana xidmət etdikdən sonra Riyazın Quran tədqiqatları mərkəzində xidmətlərinə görə mükafatlandırılıb.   

http://iqna.ir/fa/news/3741320

Teqlər: iqna ، quran ، xəttat ، kitabət
captcha