IQNA

6:54 - September 02, 2018
Xəbər sayı: 3483773
əl-Əzhər İslam Mərkəzi Ramallahın qərbində yerləşən "Cəbəlur-Risan" rayonunda fələstinli vətəndaşların etirazlarının sionistlər tərəfindən qarşısının zorla alınmasını kəskin şəkildə məhkum etdi.

əl-Əzhər İsrailə sərt mesaj verdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzi Fələstinin Ramallah şəhərinin qərbində yerləşən "Cəbəlur-Risan" rayonunda fələstinli vətəndaşların etirazlarının sionist əsgərləri tərəfindən qarşısının zorakılıqla alınmasını kəskin şəkildə məhkum etdi. 

Misrin əl-Əzhər İslam Mərkəzi ismarıc yayaraq bu cür addımları beynəlxalq qanunların və qətnamələrin aşkarda şəkildə pozulması hesab etdi.

Əl-Əzhər İslam Mərkəzi yaydığı ismarıcda Fələstin millətinin öz torpaqlarını və müqəddəs məkanlarını işğaldan azad etmək yolunda müqavimətini dəstəklədiyini vurğulayaraq deyir: Beynəlxalq cəmiyyətlər və qurumlar işğal edilmiş Fələstin torpaqlarında İsrailin qəsəbə tikilməsi, fələstinin yəhudiləşdirilməsi, fələstinlilərin sərvətlərin qarət və torpaqlarını müsadirə edilməsi və qərb sahilləri ilə əlaqənin kəsilməsi planının qarşısını almalıdırlar, bu, onların qanuni və əxlaqi vəzifəsidir.

Qeyd edək ki, cari həftənin Cüməaxşamı günü torpaqlarının müsadirə edilməsinə etiraz edən Ramallahda yaşayan fələstinlilərdən bir neçə nəfəri sionist yəhudi silahlıları ilə toqquşmada yaralanıblar.

http://iqna.ir/fa/news/3742878    

  

 

Teqlər: iqna ، fələstin ، ramallah ، əl-əzhər
Ad:
E-poçt:
* Comment:
* captcha: