IQNA

Qırğızıstanda "İmam Sərəxsi məscidi" istifadəyə verilib

8:22 - September 03, 2018
Xəbər sayı: 3483783
Qırğızıstanın "İmam Sərəxsi came məscidi"nin dünən, 2 Sentyabr 2018-ci il, Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğanın iştirakı ilə Qırğızıstanın paytaxtı Bişkekdə açılış mərasimi keçirilib.

Qırğızıstanda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qırğızıstanın "İmam Sərəxsi came məscidi"nin dünən, keçən həftənin bazar günü, 2 Sentyabr 2018-ci il, Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğanın iştirakı ilə Qırğızıstanın paytaxtı Bişkekdə açılış mərasimi keçirilib.

Özünəməxsus coğrafi mövqedə yerləşən məscidin tikilişində Türkiyə dini işlər idarəsi və Qırğızıstanın məzhəbi qrumları həmkarlıq ediblər. Məscid 7 min kv.metrdə tikilmişdir və günbəzinin hündürlüyü 37 metrdir. Məscidin 20 min nəfər namazqılan tutumu vardır.

Qeyd edək ki, "Sərəxsi məscidi"nin adını daşıdığı Şəmsül-Əimmə Məhəmməd ibn Əhməd Sərəxsi hicri-qəməri tarixi ilə 4-cü əsrdə yaşamış böyük əhli-sünnə alimlərindən biridir. Şeyx Tusi (vf.460 hq) onu "hənəfilərin böyük fəqihi" adlandırmışdır. Bu böyük İslam alimi hicri-qəməri tarixi ilə 483-490-cı illər arasında vəfat etmişdir.  

http://iqna.ir/fa/news/3743432  

captcha