IQNA

8:22 - September 13, 2018
Xəbər sayı: 3483845
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Fars Körfəzi sahillərində yerləşən Rə`sul-Xeymə şəhərinin Qurani-Kərim yarışlarının qeydiyyatı cari həftənin bazar günü (16 Sentyabr 2018) başlayır.

Rə`sul-Xeymə Quran yarışlarının 19-cu turu keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əş-şərq” informasiya portalına istinadla verdiyi xəbərə görə,  BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Fars Körfəzi sahillərində yerləşən Rə`sul-Xeymə şəhərinin Qurani-Kərim yarışlarının qeydiyyatı cari həftənin bazar günü (16 Sentyabr 2018) başlayır.

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) “Rəs`ul-Xeymə mükafatı Qurani-Kərim” yarışlarının keçirilməsi komitəsi və Quran-Elmləri müəssisəsinin rəisi Əhməd Məhəmməd Şəhhi bu barədə xəbər verərək BƏƏ-nin bütün Quran müəssisələri və Quran hifzi kurslarının məsullarından istəyib ki, şagirləri bu yarışlarda iştirak etmək üçün təşviq etsinlər.  

“Rəs`ul-Xeymə mükafatı Qurani-Kərim” yarışlarının keçirilməsi komitəsi və Quran-Elmləri müəssisəsinin rəisi Əhməd Məhəmməd Şəhhi həmçinin bildirib ki, yarışlarda iştirak etmək istəyənlər cari həftənin bazar günü yaşadıqları rayonlarda yerləşən Quran təlimi mərkəzlərinə müraciət edə bilərlər.

O əlavə edib: “Rə`sul-Xeymə mükafatı” Quran yarışlarının 19-cu turunda yarışlara “ən yaxşı Qurani tədqiqat” bölməsi də artırılıb. Bu da cəmiyyətdə Quran sahəsində tədqiqatlara və yeni elmi ixtiralara maraq yaratmaq üçündür.

http://iqna.ir/fa/news/3746519

Teqlər: Quran ، iqna ، BƏƏ ، Rəsul-Xeymə
Ad:
E-poçt:
* Comment:
* captcha: