IQNA

11:35 - September 28, 2018
Xəbər sayı: 3483960
Ərəbistanın xəbər agentliyi "VAS"-ın verdiyi xəbərə görə, ölkə kəşfiyyat xidmətinin verdiyi bəyanatda 26 sentyabrda həmin 3 nəfərin Qətifdə gizləndiyi yer əhatə edilərək, onların öldürdüyü bildirilib.

Səudiyyə təhlükəsizlik xidməti şiələrə qarşı əməliyyat keçirdi: 3 nəfər öldürüldüİQNA-nın (Beynəlxaq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı təhlükəsizlik xidməti axtarılan 3 nəfərin ölkənin şərqində olan və şiələrin daha çox yaşadığı Qətif şəhərində öldürüldüyünü bildirib.

Bu barədə Səudiyyə Ərəbistanı dövlət xəbər agentliyi "VAS" xəbər verib. Xəbərə görə, ölkə kəşfiyyat xidmətinin verdiyi bəyanatda 26 sentyabrda həmin 3 nəfərin Qətifdə gizləndiyi yer əhatə edilərək, onların öldürdüyü bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqi şiələrin daha çox yerləşdiyi bölgədir. Buradakı şiələr ölkə əhalisinin 20 faizini təşkil edir.

Son illərdə Ərəbistandakı kral hakimiyyəti müxalifəti milli təhlükəsizliyə təhlükə yaratmaq kimi ittihamlarla həbs etdiyi, bir çoxlarını da daha əvvəldən planlaşdırılan hücumlarda öldürdüyü qeyd olunur.

Bu səbəbdən Qətif şəhərində Səudiyyə təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində öldürülənlərin də siyasi fəal olduğu güman edilir.

Mənbə: http://eastnews.az/news/29227

Teqlər: iqna ، qətif ، səudiyyə
Ad:
E-poçt:
* Comment:
* captcha: