İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin üçüncü günü Almaniyanın İslami mərkəzlərində və məscidlərində "məscidlərin açıq qapısı günü" mərasimi keçiriləcək.
Oktyabr ayının 3-də keçiriləcək "məscidlərin açıq qapısı günü" mərasimi qeyri-müsəlmanların İslam dini, müsəlmanların dini ayinləri, adət-ənənələri və mədəniyyətləri ilə tanış olması üçün ən münasib fürsətdir.
Qeyd edək ki, hər il Oktyabr ayının 3-də qərbi və şərqi Almaniyanın 1997-ci ildə birləşməsi münasibəti ilə rəsmi tətildir. Həmin gün həm də Almaniyada yaşayan müsəlmanların Hamburq şəhərində yerləşən İslam Mərkəzinin ali şurasının və İmam Əli (ə) məscidinin təklifi ilə "məscidlərin açıq qapısı günü" olaraq qeyd edilir.
Bu mərasimdə müsəlmanların əl sənayesi, incəsənət və mədəniyyət nümunələrini əsərləri, yemək növləri və milli və dini kitablarını ehtiva edən sərgi keçirilir.