IQNA

5:37 - October 02, 2018
Xəbər sayı: 3483990
Yaponiyada "İslami regionların araşdırılması, yeni baxış bucağı" toplantısı İran İslam Respublikasının Tokyodakı Mədəniyyət Mərkəzinin rəisi Hüseyn Divsaların iştirakı ilə keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, Yaponiyada "İslami regionların araşdırılması, yeni aparıcılar, yeni baxış bucağı" toplantısı İran İslam Respublikasının Tokyodakı Mədəniyyət Mərkəzinin rəisi Hüseyn Divsaların iştirakı ilə keçirildi.

Bu toplantı keçən həftənin Şənbə və Bazar günləri (29 və 30 Sentyabr) Yaponiyanın ən qədim özəl universiteti olan "Vasida universiteti"nin "İslami regionların araşdırılması tədiqiqat mərkəzi"nin təşəbbüsü və İran İslam Respublikası, İngiltərə, Amerika, Livan, Avstraliya, Qətər və Yaponiyadan olan tədqiqatçıların iştirakı ilə keçirilib.

Toplantının açılış mərasimində xanım Sakurayi ("Vasida universiteti"nin İslami regionların araşdırılması tədiqiqat mərkəzi"nin rəisi) çıxış edib.

Daha sonra isə xanım Zəhra Təlayi toplantının mövzularından biri olan Məşhəd şəhəri, İmam Rzanın (ə) ziyarətgahı, muzeyi və Məşhədin Səfəvilər dövründə genişlənməsi barədə danışıb.

Toplantının davamında Livanlı alim Meri Fərhat isə Məşhəd şəhərinin 17-ci əsrdəki vəziyyəti barədə məlumat verib.

Riyu Nu Çi Sugi Yama çıxışında Nadir şah və əşfariyyə dövrünün Məşhəd şərindən danışıb. 

http://iqna.ir/fa/news/3751728

Ad:
E-poçt:
* Comment:
* captcha: