İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İŞİD terrorçuların böyük rütbəli komandirlərindən biri oaln Əbu Həmzə əl-Məqdisi və onun iki silahdaşı məhv edilib.
Bu barədə İŞİD terroristlərinin mediası şəkil paylaşıb. Xəbərdə deyilir ki, İŞİD-in böyük komandirlərindən biri olan Əbu Həmzə Məqdisi və onun iki silahdaşı öldürülüb.
Misrin Sina yarımadasında məhv edilən İŞİD ünsürü Əbu Həmdə Məqdisi fələstinlidir. O, Sina yarımadasında terrorçu ünsürlərin təlimatlandırılması və təşkilatlandırılmasına rəhbərlik edirmiş.
İndiyədək bu barədə Misr silahlı qüvvələrinin rəsmi mediası bir xəbər verməsə də, digər informasiya vasitələri Məqdisi və silahdaşlarının cari həftənin birinci günü Şeyx Züveyd şəhəri yaxınlığında həlak olduqlarını bildiriblər.