IQNA

Berlin Quran müsabiqəsinin nəticələri elan olundu

8:35 - October 29, 2018
Xəbər sayı: 3484097
“Caizətul-furqan” adlı müxtəlif Avropa ölkələrindən iştirakçısı olan Berlin Quran müsabiqəsinin nəticələri elan olundu.

İkna xəbər agentliyi Küveytin “Əl-vətən” qəzetinə istinadən xəbər verir: Bu gün Küveytin “Əl-mənabirul-Quraniyyə” təşkilatının müdiri İsam Əl-fəlic Berlin “Caizətul-furqan” müsabiqəsinin nəticələrini elan etdi. Bu müsabiqədə 14 Avropa ölkəsindən 100 kişi və qadın iştirak etmişdir.

Bu müsabiqə müxtəlif Avropa ölkələrindən olan quransevərlərin iştirakı ilə hifz, təcvid və Quran tilavəti ixtisasları üzrə keçirildi.

Bu müsabiqədə Almaniyadan olan əslən Suriyalı Əbdülməlik Əbdülcasim Quran hifzi üzrə birinici yeri tutdu. Sumalyalı İngiltərənin Mançestr şəhərindən olan Məhəmməd Cami hifz üzrə ikinci yeri tutdu. Əslən Fələstindən olan Berlindən olan Xanım Sumər Səris hifz üzrə üçüncü yerə çıxdı.

Əl-furqan təşkilatının müdiri Qəmdan Əz-zəitri müsabiqədə iştirak edənlərə öz dərin minnətdarlığını bildirərək, dedi: Bu ilki müsabiqədə iştirak edən hafizlərin sayı keçən illərə nisbətdə artıb.

http://iqna.ir/fa/news/3759521

 

captcha