IQNA

13:02 - November 15, 2018
Xəbər sayı: 3484174
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın bu həftə Deyr Əz-Zorun Hacin şəhəri və Şaafa kəndinə təşkil etdiyi hava hücumlarında qadağan olunmuş kasset bombalarından istifadə etdiyini bildirib.
ABŞ koalisiyası Suriyada kasset bombasından istifadə etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın bu həftə Deyr Əz-Zorun Hacin şəhəri və Şaafa kəndinə təşkil etdiyi hava hücumlarında qadağan olunmuş kasset bombalarından istifadə etdiyini bildirib.
Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, SANA yerli sakinlərə əsaslandırdığı xəbərində, belə qeyd edib: “Beynəlxalq koalisiyaya məxsus təyyarələr, Deyr əz-Zor əyalətinin şərqindəki Hacin şəhərinə və Şaafa kəndinə kasset bombaları istifadə edərək, hava hücumu təşkil etdi”.
Kasset bombalarının istifadəsi 100-dən artıq ölkənin imzaladığı beynəlxalq müqavilə ilə qadağan olunmuşdu. ABŞ, Rusiya və digər bəzi ölkələr müqaviləyə qoşulmamışdı.
Koalisiya Deyr Əz-Zor bölgəsindəki Hacin şəhəri ilə Şaafa kəndinə mütəmadi olaraq hücum həyata keçirir. Suriya mediası bir neçə dəfə koalisiyanın hücumlar zamanı ağ fosfor istifadə etdiyini bildirmişdi. Suriya hökuməti BMT TŞ-yə məsələ ilə bağlı tədbir görməsi üçün müraciət etmiş, koalisiyadan da ölkədəki qeyri qanuni olaraq qalmağa son qoymasını istəmişdi. ABŞ-dan isə hücumlarda istifadə edilən sursatların açıqlamayacağını, lakin sursatların beynəlxalq normalara uyğun olduğu haqda bəyanat gəlmişdi.
Xatırladaq ki, beynəlxalq koalisiyanın Deyr Əz-Zorun şərqindəki Şaafa kəndinə noyabrın 13-ü etdiyi hava hücumunda 60-dan çox dinc sakin həlak olmuş və yaralanmışdı.
ABŞ koalisiyasına məxsus döyüş təyyarələrinin bu həftə Deyr Əz-Zorun Hacin şəhərinə də etdiyi hava hücumunda əksəriyyəti uşaq və qadın olmaqla 15 dinc sakin həlak olmuşdu.
Teqlər: iqna ، suriya ، abş ، kaset bomba
Ad:
E-poçt:
* Comment:
* captcha: