IQNA

İranın Quran yarışlarının əsas mesajı ümmətin vəhdətidir

11:27 - November 25, 2018
Xəbər sayı: 3484232
Dünya müsəlmanları Qurani-Kərimin ətrafında toplaşmaqla vəhdət və birlik yarada bilərlər. İran İslam Respublikasının Qurani-Kərim yarışları da həmişə bu mesaj ilə keçirilir: "Bir kitab, bir Ümmət".

Hindistan qariləri İranın Quran yarışlarına hazırlaşırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın 17-ci milli Qurani-Kərim yarışlarının peşəkar qiraət ixtisası üzrə birincisi Məhəmməd Kaşan İQNA ilə müsahibəsində İran İslam Respublikasının beynəlxalq Qurani-Kərim yarışlarının öz növündə misilsiz və bənzərsiz olduğuna işarə edərək dedi:

"Hindistanın milli Qurani-Kərim yarışları hafiz və qarilərimizin İran İslam Respublikasının beynəlxalq Qurani-Kərim yarışlarına hazırlaşması üçün ən münasib fürsətdir".

Məhəmməd Kaşani Hindistanda keçirilən Qurani-Kərim yarışları arasında İran İslam Respublikasının Hindistandakı Mədəniyyət Mərkəzinin təşkil etdiyi Quran yarışlarının daha keyfiyyətli və əhəmiyyətli olduğunu bildirərək vurğuladı: Bu yarışlar Hindistan qari və hafizləri üçün çox mühümdür. Çünki Hindistanın Quran fəalları bu yarışlarda iştirak edərək İran İslam Respublikasının beynəlxalq Quran yarışlarında iştirak etmək üçün təcrübə qazanırlar.  

Hindistanın 17-ci milli Qurani-Kərim yarışlarına Rampurun "Fürqan Elmləri Cəmiyyəti" tərəfindən qatılan Kaşani əlavə etdi: Ölkədə keçirilən Quran yarışları qari və hafizlərinin bacarıqlarının yüksəldilməsi və nöqsanlarının aradan götürülməsi üçün çox lazımlıdır.

O vurğuladı: Mən 2016-cı ildə Hindistanın Quran yarışlarında birinci yeri qazanaraq 2017-ci ildə İran İslam Respublikasının beynəlxalq Quran yarışlarına qatıla bildim. Hindistanda keçirilən Quran yarışlarının da səviyyəsi İranda olduğu kimi çox yüksəkdir. Bu məsələ bais olur ki, yarışçılar İranın Quran yarışlarının ab-havası ilə yaxından tanış olsunlar.

BƏƏ və İndoneziyanın beynəlxalq Qurani-Kərim yarışlarında iştirak edən Hindistanlı Quran qarisi İran İslam Respublikasının beynəlxalq Quran yarışlarının keyfiyyətinin daha üstün olduğunu vurğulayaraq dedi: İran qarilərinin və xüsusi ilədə yeniyetmələrin Quran qiraətləri mənim üçün çox cazibədardır.

O sonda əlavə etdi: Dünya müsəlmanları Qurani-Kərimin ətrafında toplaşmaqla vəhdət yarada bilərlər. İran İslam Respublikasının Quran yarışları da həmişə bu mesaj ilə keçirilir:"Bir kitab, bir Ümmət".

http://iqna.ir/fa/news/3766615

captcha