IQNA

İslami Vəhdət Konfransı ilə qısa tanışlıq

20:41 - November 25, 2018
Xəbər sayı: 3484237
Sevimli Peyğəmbərimizin (s) doğum tarixində olan bu fikir ayrılığı (12 və 17 Rəbiul-Əvvəl) İslam İnqilabının dahi rəhbəri həzrət İmam Xomeyni (r.ə) tərəfindən "vəhdət həftəsi" adlandırıldı.

İslami Vəhdət Konfransı ilə qısa tanışlıqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əhli-Sünnə məzhəbinin rəvayətlərinə əsasən Həzrət Peyğəmbərin (s) mövlud günü Rəbiul-Əvvəl ayının 12-si və şiə məzhəbinin rəvayətlərinə əsasən isə Həzrət Peyğəmbərin (s) anadan olduğu tarix Rəbiul-Əvvəl ayının 17-dir.

Sevimli Peyğəmbərimizin (s) doğum tarixində olan bu fikir ayrılığı İslam İnqilabının dahi rəhbəri həzrət İmam Xomeyni (r.ə) tərəfindən "vəhdət həftəsi" adlandırıldı.

Həmin zamandan İran İslam Respublikası hər il Peyğəmbərin (s) mövludu günlərində "İslami Vəhdət Konfransı"nı keçirir.

İslami Vəhdət Konfransı 1990-cı ilədək İran İslam Respublikasının İslami Təbliğat Təşkilatının evsahibliyi ilə keçirilirdi. Amma həmin il İslami Məzhəblərin Yaxınlaşdırılması Dünya Birliyi (Məcməe Cəhani Təqribe Məzahibe İslami) yaradıldı və bu konfransa evsahibliyi etməyə başladı.

İslami Vəhdət Konfrnasının keçirilməsinin əsas hədəfi İslam ümməti arasında bağlılıq, birlik və vəhdət zəminəsi yaratmaq, müsəlmanların siyasi, iqtisadi, fiqhi, əqidəvi və təfsiri məsələlərdə bir-birinə yaxınlaşması və ixtilafların aradan qaldırılmasında İslam aləminin alim və mütəfəkkirlərinin elm və təcrübəsindən faydalanmaq və müsəlmanların qlobal problemlərinin həlli üçün çarə yollarını araşdırmaq və bu barədə dünya miqyasında lazım olan mövqeni sərgiləməkdir.

Bu konfransın qonaqları müsəlman dünyasının tanınmış dini, siyasi, mədəni və ictimai şəxsiyyətlərinin arasından seçilir. Konfransda müsəlman ölkələrinin dini rəhbərləri, alimləri, müftiləri, universitet ustadları və dövlət nazirləri iştirak edirlər.

İndiyədək bu konfransda yüzlərlə alim, mütəfəkkir, siyasi xadim, islahatçı və mədəniyyət adamları öz məqalə və çıxışları ilə iştirak ediblər.    

Bu günlərdə İran İslam Respublikasının paytaxtı Tehranda 32-ci Beynəlxalq İslami Vəhdət konfransı keçirilməkdədir. 32-ci Beynəlxalq İslami Vəhdət Konfransının açılış mərasimi həftənin Şənbə günü, 24 Noyabr 2018-ci il, günün birinci yarısında İran İslam Respublikasının prezidenti Dr. Həsən Ruhaninin iştirakı ilə Tehranda prezidentlərin toplantı zalında keçirilib.

http://iqna.ir/fa/news/3766915

captcha