İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, əziz və sevimli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) və imamət səmasının 6-cı ulduzu həzrət İmam Sadiqin (ə) mövlud günlərində Hindistanın 19-cu milli Qurani-Kərim yarışlarının yekun mərasimi də keçirilib.
Həftənin Şənbə günü, 24 Noyabr 2018-ci il, keçirilən yekun mərasimində Qurani-Kərimin hifzi və qiraəti üzrə keçirilən yarışların birinci, ikinci və üçüncü yerlərinin qaliblərinin adları açıqlanıb.
Bu yarışlarda Qurani-Kərimin hifzi üzrə Əkrəm Rəhman (Sultanpu), Ömər Faruq (Şulapur) və Məhəmməd Səid (Ləkönu) birinci, ikinci və üçüncü yerləri bölüşdürüblər. Həmçinin Quranın peşəkar qiraəti üzrə Cabir Əhməd (Maharaştra), Məhəmməd Əfzəl (Heydərabad) və Əbdürrəşid (Becnurd) ilk üçün yerin sahibi olublar.
Bu yarışların birinci yerlərinin qalibləri İran İslam Respublikasının beynəlxalq Quran yarışlarına ezam ediləcəklər.