IQNA

Qüdsü İslam dünyasına qaytarmaq üçün müştərək çarə yolu tapılmalıdır

22:56 - November 26, 2018
Xəbər sayı: 3484243
Yekun mərasimində çıxış edən natiqlər müsəlmanların vəhdətini reallaşdırmaq və Qüdsü İslam dünyasının ağuşuna qaytarmaq üçün müştərək proqram yazılmasının zəruri olduğunu vurğuladılar.

Qüdsü İslam dünyasına qaytarmaq üçün müştərək çarə yolu tapılmalıdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən 32-ci beynəlxalq İslami vəhdət konfransında iştirak edən qonaqlar bu gün, həftənin birinci günü, 26 Noyabr 2018-ci il, yekun mərasimində müsəlmanların vəhdətini reallaşdırmaq və Qüdsü İslam dünyasının ağuşuna qaytarmaq üçün müştərək proqram yazılmasının zəruri olduğunu vurğuladılar.

İİR-nın Tele-Radio Şirkətləri Birliyinin toplantı salonunda keçirilən 32-ci beynəlxalq İslami vəhdət konfransının yekun mərasimində İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Dr. Əli Laricani də iştirak edib.

İslami Vəhdət Konfransında iştirak edən xarici qonaqlar və konfransın rəyasət heyətinin üzvləri, o cümlədən Məhəmməd Hüseyn Mühəqqiq (Əfqanıstanın prezident aparatının icra işləri rəisinin müavini), Livanın 1974-cü ildə yaradılmış "Əməl Hərəkatı"nın mərkəzi şurasının üzvi Xəlil Həmdan, İran İslam Respublikasının Əhli-Beyt (ə) Ümümdünya Birliyinin başa katibi Höccətul-İslam vəl-müslimin Məhəmməd Həsən Əxtəri, Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) üzvi İsmayıl Rizvan, İordaniyanın sabiq baş naziri Tahir əl-Misravi, Hindistanın "Məcməul-Fiqh" təşkilatının rəis müavini Məhəmməd Əmin Osman, Livanın "İslami Əməl Cəbhəsi"nin rəisi Şeyx Züheyr Cəid və digərləri çıxış ediblər.

Natiqlər çıxışlarında İslam ümmətinin vəhdəti, düşmənlərin ümmət arasında təfriqəçilik fintəsini alovlandırması, müsəlmanlar arasında düşmənlər tərəfindən təkfirçi terroristlərin yaradılması, Qüds və Fələstin məsələləri, Qəzza əhalisinin sinonist yəhudilər tərəfindən qətliam edilməsi, İslami müqavimətin gücləndirilməsi, Yəmən xalqının Səudiyyə Ərəbəsitanı və müttəfiqləri tərəfindən məzlumcasına qətliam edilməsi, Suriya və İraq böhranları və Amerikanın regiondakı iğtişaşlarının əsas səbəbkarı olması, müsəlman dövlətlərinin İslam düşmənləri, xüsusi ilə də İsrail ilə əlaqələrinin adiləşdirilməsinin qarşısının alınması və İslam ümmətinin alimlərinin ümmətin vəhdəti məsələsində həlledici təsiri kimi məsələlərdən danışıblar.        

http://iqna.ir/fa/news/3767254

captcha