IQNA

21:14 - December 01, 2018
Xəbər sayı: 3484268
İki günlük konqresdə Filippinin "Muro İslami Azadlıq Cəbhəsi"nin başçısı İbrahim Murad və Fələstinin İslami Müqavimət Hərəkatı"nın siyasi ofisinin sabiq rəisi Xalid Məşəl işirak edəcəklər.

İslami təşkilatların 27-ci konqresi İstambulda keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın İslami təşkilatlarının 27-ci konqresi sabah, həftənin bazar günü, 2 Dekabr 2018-ci il, Türkiyənin İstambul şəhərində keçiriləcək.

"Müasir dövrün dəyişiklikləri və İslami birlik" adlı bu konqresi Türkiyənin sosial-iqtisadi araşdırmalar mərkəzinin təşəbbüsü ilə keçirilir.

Konqresdə Türkiyə cümhuriyyəti prezidentinin müavini Fuad Oktay, Filippinin "Muro İslami Azadlıq Cəbhəsi"nin başçısı İbrahim Murad və Fələstinin İslami Müqavimət Hərəkatı"nın siyasi ofisinin sabiq rəisi Xalid Məşəl işirak edəcəklər.

İki günlük konqresdə dünyanın 80 ölkəsindən 250 nəfər işirak edəcək. Onların arasında Fələstin İslami Müqavimət Hərəkatının nümayəndələri, Ruhingiya müsəlmanlarının nümayəndəsi, Suriya İslami təşkilatlarının nümayəndələri, Balkan ölkələri nümayəndələri, Amerika müsəlmanların nümayəndələri, Cənubi Amerika ölkələrinin İslami şəxsiyyətləri və digərləri də vardır.

Konqresdə müsəlman dünyasının əsas problemləri, Orta Şərq problemləri, Türkiyənin qonşu ölkələrlə ikitərəfli həmkarlığı və müsəlman ölkələrinin iqtisadi, siyasi, sosial və mədəni problemlərinin həlli yolları kimi mövzular müzakirə ediləcəkdir.  

http://iqna.ir/fa/news/3768560  

Ad:
E-poçt:
* Comment:
* captcha: