İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərində qadınlar arasında ən yaxşı qadın Quran fəallarının seçilməsi üçün ilkin yarışlar keçirilib.
İraqın "ən yaxşı qadın Quran fəallarının seçilməsi yarışları"nın üçüncü turunun birinci mərhələsi "nur üzərinə nur" (nurun ələn-nur) devizi ilə keçirilib.
İraqın Nəcəf şəhərində yerləşən İmam Əlinin (ə) müqəddəs hərəminin təşəbbüsü, İraq Şiələrinin Vəqflər Nazirliyinin Milli Quran Elmləri Mərkəzi, "əl-Kövsər" Quran Mərkəzi və İmam Əlinin (ə) ziyarətgahının Quran Mərkəzinin həmkarlığı ilə keçirilən bu yarışların hədəfi İraqın ən yaxşı qadın Quran fəallarının tanınması, seçilməsi və cəmiyyətdə Quran sahəsində fəaliyyət göstərən xanımların istedadlarının inkişafı və gücləndirilməsidir.
İraqın "ən yaxşı qadın Quran fəallarının seçilməsi yarışları"nın üçüncü turunun hakimlər heyətini hifzin keyfiyyəti üzrə Bətul Nəccar (Kərbəla), təcvid qaydaları üzrə Əməl Mətiri (Kərbəla), vəqf və ibtida üzrə Şima Saidi (Bağdad) və qiraət, avaz və muğam üzrə Fatimə Zahiri təşkil ediblər.
http://iqna.ir/fa/news/3768662