IQNA

İraqın qadınlar arasında Quran yarışlarının qalibləri elan edildi

12:03 - December 02, 2018
Xəbər sayı: 3484272
İraqın Nəcəf şəhərində qadınlar arasında ən yaxşı qadın Quran fəallarının seçilməsi üçün Quran yarışlarının üçüncü turunun ilk mərhələsinin yarışları keçirilib.

İraqın qadınlar arasında Quran yarışlarının qalibləri elan edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərində qadınlar arasında ən yaxşı qadın Quran fəallarının seçilməsi üçün ilkin yarışlar keçirilib.

İraqın "ən yaxşı qadın Quran fəallarının seçilməsi yarışları"nın üçüncü turunun birinci mərhələsi "nur üzərinə nur" (nurun ələn-nur) devizi ilə keçirilib.

İraqın Nəcəf şəhərində yerləşən İmam Əlinin (ə) müqəddəs hərəminin təşəbbüsü, İraq Şiələrinin Vəqflər Nazirliyinin Milli Quran Elmləri Mərkəzi, "əl-Kövsər" Quran Mərkəzi və İmam Əlinin (ə) ziyarətgahının Quran Mərkəzinin həmkarlığı ilə keçirilən bu yarışların hədəfi İraqın ən yaxşı qadın Quran fəallarının tanınması, seçilməsi və cəmiyyətdə Quran sahəsində fəaliyyət göstərən xanımların istedadlarının inkişafı və gücləndirilməsidir.

İraqın "ən yaxşı qadın Quran fəallarının seçilməsi yarışları"nın üçüncü turunun hakimlər heyətini hifzin keyfiyyəti üzrə Bətul Nəccar (Kərbəla), təcvid qaydaları üzrə Əməl Mətiri (Kərbəla), vəqf və ibtida üzrə Şima Saidi (Bağdad) və qiraət, avaz və muğam üzrə Fatimə Zahiri təşkil ediblər.

http://iqna.ir/fa/news/3768662

برگزاری مسابقات انتخاب بانوان برتر قرآنی در عراق + عکس
برگزاری مسابقات انتخاب بانوان برتر قرآنی در عراق + عکس
برگزاری مسابقات انتخاب بانوان برتر قرآنی در عراق + عکس
برگزاری مسابقات انتخاب بانوان برتر قرآنی در عراق + عکس
 

 

captcha