IQNA

23:30 - December 07, 2018
Xəbər sayı: 3484301
Rusiya federasiyasının Tatarıstan cümhuriyyətinin paytaxtı Kazan şəhərində yerləşən Rusiya İslam Universitetinin təsis edilməsinin 20-ci ildönümü münasibəti ilə mərasim keçirilib.

 Kazan universitetinin 20 illiyi qeyd olunduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  bu gün, həftənin Cümə günü, 7 Dekabr 2018-ci il, Rusiya federasiyasının Tatarıstan cümhuriyyətinin paytaxtı Kazan şəhərində yerləşən Rusiya İslam Universitetinin təsis edilməsinin 20-ci ildönümü münasibəti ilə mərasim keçirilib.

Tatarıstan cümhuriyyətinin paytaxtı Kazan şəhərində yerləşən Rusiya İslam Universiteti 1998-ci ildə təsis edilmişdir. Bu universitetdə kəlam (əqidə), fiqh, təfsir, hədis, İslam mədəniyyəti, İslam irsi və dinlər tarixi kimi fənlər tədris edilir.

Universitetinin əsas hədəfi islamşünaslar, müsəlmanların arasında dini ziyalılar, İslami ilahiyyat sahəsində mütəxəssislər, İslam tarixi, İslam hüququ, İslam iqtisadıyyatı və digər dini ixtisaslarda mütəxəssislər və araşdırmaçılar yetişdirməkdir.

Tatarıstan cümhuriyyətinin paytaxtı Kazan şəhərində yerləşən Rusiya İslam Universiteti 2009-cu ildən "Dünya İslam Universitetləri Birliyi"nin (FUİM) üzvüdür. Bu birliyə üzv olan universitetlərin tələbələri təhsillərini davam etdirmək üçün Türkiyə, Malaziya, İndoneziya və digər mötəbər beynəlxalq universitetlərə müraciət edə bilərlər.  

http://iqna.ir/fa/news/3770085

Ad:
E-poçt:
* Comment:
* captcha: