IQNA

21:53 - December 11, 2018
Xəbər sayı: 3484329
Dünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət pisləşir. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb. Bu da əhalinin 70%-ni təşkil edir.
BMT: Yəmən əhalisinin 70 faizi aclıq çəkirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət pisləşir. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb. Bu da əhalinin 70%-ni təşkil edir.
Maide.Az "dunyabulteni"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə əlaqələndiricisi Mark Loukok jurnalistlərə bildirib.
"Aclıq çəkənlərin sayı 20 milyon nəfərə çatıb ki, bu da ölkə əhalisinin 70 faizini təşkil edir", - deyə o qeyd edib. Loukokun vurğuladığı kimi, bu, 2017-ci illə müqayisədə iki dəfə artıqdır.
O qeyd edib ki, Yəməndə xəstəxanalarda valideynlər aclıqdan ölən uşaqlarının ölümünü izləyir.  
2019-cu ilin fevral ayının 26-da Cenevrədə Yəmənə yardım məqsədilə konfrans təşkil olunacağını qeyd edən M. Loukok bildirib ki, hazırda Yəmənə 152 dövlət yardım göstərir.
Loukok bir neçə ay əvvəl bildirib ki, Yəməndə insanlar aclıqdan yarpaq yeyirlər.
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.  
Teqlər: yəmən ، bmt ، səudiyyə
Ad:
E-poçt:
* Comment:
* captcha: