IQNA

8:06 - December 22, 2018
Xəbər sayı: 3484395
Amerikada yaşayan müsəlmanlar İslam dininin Həzrət İsa Məsihin (ə) barəsində görüşlərini izah edən kampaniya başlayıblar.

Amerika müsəlmanları İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikada yaşayan müsəlmanlar İslam dininin Həzrət İsa Məsihin (ə) barəsində görüşlərini izah edən kampaniya başlayıblar.

Amerikanın Arizona əyalətində yerləşən "The Humanitarians" (İnsansevərlər) təşkilatının təşəbbüsü ilə başladılan kampaniyada amerikalı müsəlmanlar insanlara Həzrət Məryəmin oğlu İsa Məsihin (ə) barəsində nə düşündüklərini danışacaqlar.

Kampaniya təşkilatçılarının hədəfi İslam və Xristianlıq arasında olan oxşar əqidələri qabartmaq, insanları bir araya gətirmək və onlara oxşar cəhətlərindən fərqli cəhətlərdən çox olduğunu göstərməkdir.

Müsəlmanlar Həzrət İsa Məsihi (ə) Quranda adı çəkilən İlahi bir peyğəmbər hesab edirlər ki, insanları Allaha dəvət etmək üçün seçilmişdi. Onun adı Qurani-Kərimdə 25 və anası Məryəmin adı isə 32 dəfə keçmişdir.

Arizona əyalətinin giriş və çıxışında olan böyük lövhələrə yazılıb: "İsa Məyrəmin oğludur. O əziz və müqəddəsdir. Allah onu Ruhul-Qüds ilə təyid və himayət etdi".

Kampaniyanın davamında müsəlmanlar radio və digər media vasitələri ilə də İslamın Həzrət İsa (ə) barədə baxışlarını təbliğ edəcəklər. Bundan əlavə Həzrət İsanın (ə) mövludu ərəfəsində məscidlərin qapıları qeyri-müsəlmanların üzünə açıq olacaqdır. Habelə kampaniyanın üzvləri məktəb və univertistetdə bu barədə çıxışlar edəcəklər.      

http://iqna.ir/fa/news/3774298  

Teqlər: iqna ، amerika ، kampaniya ، həzrət isa ، məryəm ، milad
Ad:
E-poçt:
* Comment:
* captcha: