İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərdə uşaqlar arasında beynəlxalq Qurani-Kərim yarışlarının 8-ci turunun seçim mərhələsi keçirilir.
"Tican ən-Nur" adlanan bu yarışların ilkin mərhələsində iştirak edənlər öz tilavətlərinin audio yazısını yarışların keçirilmə komitəsinə göndəriblər.
Qurani-Kərimin qiraəti üzrə yarışlarda dünyanın müxtəlif ölkələrindən yaşı 13-dən aşağı olan yeniyetmə qızlar və oğlanlar iştirak edirlər.
Seçim mərhələsinin yarışları cari ilin Dekabr ayının 31-dək davam edəcəkdir. Bu yarışın qalibləri gələn ilin (2019) Ramazan ayında keçiriləcək final mərhələsində iştirak edəcəklər.
Qeyd edək ki, bu yarışın yeddinci turunda dünyanın 34 ölkəsindən 740 uşaq işitak etmişdi.