IQNA

Jurnalistin həyasızlığı sosial şəbəkə istifadəçilərini hiddətləndirdi

6:45 - December 29, 2018
Xəbər sayı: 3484436
Livanlı jurnalist sosial şəbəkələrdə paylaşdığı videoklipdə iddia edib ki, Qurani-Kərimin təlimləri İslami cəmiyyətlərdə qadınlara qarşı zorakılığın əsas amilidir.

Jurnalistin həyasızlığı sosial şəbəkə istifadəçilərini hiddətləndirdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanlı qəzet yazarı Badiyə Fəhsin sosial şəbəkələrdə Qurani-Kərimi təhqir etməsi sosial şəbəkə istifadəçilərinin hiddətlənməsinə səbəb olub.
Livanlı jurnalist sosial şəbəkələrdə paylaşdığı videoklipdə iddia edib ki, Qurani-Kərimin təlimləri İslami cəmiyyətlərdə qadınlara qarşı zorakılığın əsas amilidir.
O deyib: Elm və texnologiyanın inkişaf etdiyi və insan hüquqlarının qorunduğu bir dövrdə İslami cəmiyyətlərdə və Orta Şərqdə qadınlar hələ də dini mətnlərin ucbatından zülm və əzab içindədirlər.
Sosial şəbəkə istifadəçiləri jurnalistin bu həyasızlığından narahat olduqlarını elan ediblər. ABŞ-ən San Fransisko universitetinin ustadı və analitik Əs`əd Əbu Xəlil bu barədə yazıb: "Bu videodakı cahillik, nadanlıq və şərqşünasların fikirlərinin induksiyası çox heyrətləndiricidir".
O əlavə edib: "Siz deyirsiz ki, müsəlman cəmiyyətlərində qadınlar əleyhinə zorakılığın səbəbi dini mətnlərdir. Halbuki Amerikada qadınlara qarşı zorakılıq İslami ölkələrdə olduğundan qat-qat çoxdur. Sizin dediyinizə görə, Amerikada da qadınları qarşı zorakılığın məsuliyyətini Quranmı daşıyır?!"
Qeyd edək ki, bu nadan jurnalist Qurani-Kərimi və İslam cəmiyyətlərini qadına qarşı zoraklığda bir halda suçlandırır ki, hətta insaflı şərqşünaslar da İslami cəmiyyətlərdə və Qurani-Kərimdə qadına çox ali dəyərlər verildiyinə və hüquqlarının qorunduğuna etiraf ediblər.       
http://iqna.ir/fa/news/3776284

Teqlər: İslam ، qadın ، şərqşünas
captcha