IQNA

İraq İŞİD-in 30 uşağını Rusiyaya təhvil verdi

1:26 - December 31, 2018
Xəbər sayı: 3484449
Xarici işlər nazirliyinin xəbər qaynaqlarının verdiyi məlumata əsasən, Rusiya rəsmiləri rus qadınlarından olan uşaqların kimliyini təsdiqləyən sənədləri İraqa təqdim etdikdən sonra uşaqları təhvil alıblar.

İraq İŞİD-in 30 uşağını Rusiyaya təhvil verdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Bazar günü, 30 Dekabr 2018-ci il, İŞİD terrorçularının İraqda əsir götürülmüş 30 uşağı Bağdaddan Rusiyanın paytaxtı Moskvaya yola salınıb.
Yola salınan uşaqlar məhv edilmiş və həlak olmuş terrorçu ünsürlərin ruslardan olan arvadlarından alınaraq ölkələrinə təhvil veriliblər.
Rusiyanın xarici işlər nazirliyinin xəbər qaynaqlarının verdiyi məlumata əsasən, Rusiya rəsmiləri rus qadınlarından olan uşaqların kimliyini təsdiqləyən sənədləri İraqa təqdim etdikdən sonra həmin uşaqları təhvil alıblar.
Moskvaya təhvil verilmiş qız və oğlan uşaqlarının ən kiçiyinin 3 və ən böyüyünün isə 10 yaşı olub.
Qeyd edək ki, son aylarda İraq terrorizmlə bağlı 300 nəfəri edam edib. Onların aralarında qadınlar da olan 100 nəfəri Türkiyə və digər Asiya ölkələrindən olan xarici vətəndaşlar olublar.
http://iqna.ir/fa/news/3777079   

captcha