IQNA

21:46 - January 02, 2019
Xəbər sayı: 3484464
Səudiyyə Ərəbistanın Cəddə şəhərinnin 4-cü beynəlxalq kitab sərgisi bu il "kitab, sülh və tolerantlıq" devizi ilə keçirilir. Sərgidə dünyanın 40 ölkəsindən 400 naşir iştirak edir. Sərgi Yanvar ayının 5-dək davam edəcəkdir.      

Dünyanın ən balaca Quran nüsxəsi sərgiyə çıxarıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın ən balaca Qurani-Kərim nüsxəsi Səudiyyə Ərəbistanın Cəddə şəhərinnin 4-cü beynəlxalq kitab sərgisində nümayiş olundu.

Dünyanın ən balaca Qurani-Kərim nüsxəsi hesab edilən bu Quran dünyanın rekordlar kitabında (Guinness) qeydiyyata alınmışdır.

Cəddə şəhərinin "Məlik Əbdül-Əziz Universiteti"nin elmi heyətinin üzvü Məhəmməd Səid Kərim bu nüsxənin xüsusiyyətləri barədə açıqlama verərək deyib: Bu Quran nüsxəsi hədiyyə edilə və satıla bilməz. Onun uzunu 20 milli metr, eni 15 milli metr və qalınlığı 8 milli metrdir.  

Bu sərgidə yeni və faydalı mədəniyyət və incəsənət məhsulları sərgiyə çıxarılıb. Bu cəhətdən sərgini bənzərsiz hesab etmək olar. Bundan əlavə sərgidə 180 min adda kitab nümayiş olunub. Hər sərgini 50 min nəfərin ziyarət edəcəyi gözlənilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın Cəddə şəhərinnin 4-cü beynəlxalq kitab sərgisi bu il "kitab, sülh və tolerantlıq" devizi ilə keçirilir. Sərgidə dünyanın 40 ölkəsindən 400 naşir iştirak edir. Sərgi Yanvar ayının 5-dək davam edəcəkdir.      

http://iqna.ir/fa/news/3777496

Ad:
E-poçt:
* Comment:
* captcha: