IQNA

9:15 - January 13, 2019
Xəbər sayı: 3484518
Ayətullah Şəhid Nimr Baqir Nimrin şəhadəti münasibəti ilə keçirilən bu sərgi həftənin Cümə günü, Yanvar ayının 11-də, günün ikinci yarısında Bəhreynli siyasi aktivistlərin təşəbbüsü ilə keçirilib.

Londonda Şeyx Nimr Baqir Nimrin anım mərasimi keçirildi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin paytaxtı Londonda yaşayan bir qrup müsəlman aktivist Səudiyyə Ərəbistanın edam etdiyi şiə ruhanisi Ayətullah Şəhid Nimr Baqir Nimrin şəhadətinin 3-cü il dönümündə bu mübariz ruhaninin fotolarını Londonun "Marbel Arç" meydanında sərgilədilər.

Ayətullah Şəhid Nimr Baqir Nimrin şəhadəti münasibəti ilə keçirilən bu sərgi həftənin Cümə günü, Yanvar ayının 11-də, günün ikinci yarısında Bəhreynli siyasi aktivistlərin təşəbbüsü ilə keçirilib.

Bundan əlavə sərgidə Bəhreynin zalim Ali-Xəlifə rejimi tərəfindən iki il öncə heç bir günahı olmadan edam edilən şiə cavanlar Abbas Səmi, Sami Müşəymə və Əli Sənkisin də fotoları nümayiş olunub.

Bu sərginin təşkilatçıları bildiriblər ki, 2017-ci ilin Yanvar ayının 15-də Bəhreyndə zalim rejim tərəfindən ağır işkəncələr ilə şəhid edilən cavanların anım mərasimini də keçirəcəklər.

Həmin cavanlar 2014-cü ilin Mart ayının 3-də əd-Diyə hadisəsində həlak olan 3 polisin öldürülməsində təqsirli bilinərək edam edilmişdilər.

Qeyd edək ki, Şəhid Ayətullah Şeyx Nimr Baqir Nimr Səudiyyənin mübariz şiə ruhanilərindən  idi. O, cəmiyyətdə azadlığın və ictimai ədalətin bərpası üçün mübarizə edirdi. Səudiyyənin təkfirçi və despotçu rejimi bu mübariz ruhanini 2015-ci ilin Yanvar ayında edam etdi.

http://iqna.ir/fa/news/3780372  

یادبود روحانی مبارز سعودی در میدان پرتردد لندن + عکس

یادبود روحانی مبارز سعودی در میدان پرتردد لندن + عکس

یادبود روحانی مبارز سعودی در میدان پرتردد لندن + عکس

 

Teqlər: london ، bəhreyn ، nimr baqir nimr ، iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: