BMT-nin bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədini daşıyır, çünki təhsil dayanıqlı inkişafın əsas amilidir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib.
BMT-nin bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədini daşıyır. 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasında isə dövlətlərin hər bir insan üçün ali təhsil almaq imkanları yaratmasının zəruriliyi vurğulanır. BMT qeyd edir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir.