IQNA

7:50 - January 20, 2019
Xəbər sayı: 3484552
Səudiyyəli siyasi icmalçı Əbdülhəmid Ğübəyn işğalçı sionist yəhudilərin Fələstin torpaqlarını işğal etməsini Quran ayələrinin tarixi dastanlarına istinad edərk dəstəkləyib.

Sudiyyəli icmalçının Quran ayələri ilə İsrailə dəstəyiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyəli siyasi icmalçı Əbdülhəmid Ğübəyn işğalçı sionist yəhudilərin Fələstin torpaqlarını işğal etməsini Quran ayələrinin tarixi dastanlarına istinad edərk dəstəkləyib.

Onun bu addımı sosial şəbəkə istifadəçiləri və İsrail ilə əlaqələrin sadələşdirilməsinə qarşı mübarizə kampaniyasının tərəfdarları tərəfindən etiraz və qəzəblə qarşılanıb.

Səudiyyəli siyasi icmalçı Əbdülhəmid Ğübəyn "Rusiya əl-Yəvm" xəbər kanalı ilə müsahibəsində BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  İsraili müstəqil bir dövlət kimi tanımasına işarə edərək iddia edib: "İsraillilərin Fələstin torpaqlarında tarixi haqları vardır. Buna Quran işarə etmişdir. Bu barədə Fələstinli sakinlərlə müqayisədə daha haqlıdırlar".

O daha sonra bir-birinə zidd ifadələrlə deyib: Bizim fələstinli qardaşlarımızın haqqıdır ki, onlara müstəqil dövlət qurmaqda dəstək olaq. Amma bu bizim məsləhətimizə deyil!

Qeyd edək ki, Səudiyyəli siyasi icmalçı Əbdülhəmid Ğübəyn bundan öncə də dəfələrlə İsrailin ərəbdilli informasiya vasitələri ilə çıxış etmiş və İsrail ilə əlaqələrin adiləşdirilməsindən danışmışdır.

Sosial şəbəkə istifadəçiləri və İsrail ilə əlaqələrin sadələşdirilməsinə qarşı mübarizə kampaniyasının tərəfdarları Ğübəyn kimilərinin qərb və ərəb media dairələrində dünyaya İsrail ilə əlaqələrin adiləşdirilməsində əksəriyyət kimi göstərilməsini yalan hesab edərək Ərəb və müsəlman dünyasının əksəriyyətinin İsrail ilə hər bir əlaqəni rədd etdiklərini vurğulayıblar.

http://iqna.ir/fa/news/3782297

Teqlər: səudiyyə ، israil ، fələstin ، sionist ، iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: