IQNA

9:43 - January 28, 2019
Xəbər sayı: 3484593
İngiltərənin paytaxtı London şəhərində yerləşən İslam Mərkəzi və xeyriyyə müəssisəsində İran İslam İnqilabının qələbəsinin 40-cı ildönümü münasibəti ilə "Din və müasir dünya" adlı toplantı keçirəcək.

London İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat Təşkilatının informasiya portalına istindala verdiyi xəbərə görə, İngiltərənin paytaxtı London şəhərində yerləşən İslam Mərkəzi İran İslam İnqilabının qələbəsinin 40-cı ildönümü münasibəti ilə "Din və müasir dünya" adlı toplantı keçirəcək.

İran İslam İnqilabının qələbəsinin 40-cı ildönümünə həsr edilmiş bu toplantı cari ilin Fevral ayının 10-da Londonun İslam Mərkəzinin qərargahında keçiriləcək.

Topantıda din və həyat, ictimai ədalət, xeyriyyə işləri, sosial fəallıq, din və rəhərlik, dini mərcəiyyət və rəhbərlik, din və mənəviyyat, din və mədəniyyət, İslam və digər dinlər, din və təhsil və sair mövzular müzakirə ediləcək.

Qeyd edək ki, İngiltərənin İslam Mərkəzi 1998-ci ildə Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gün (besət) münasibəti ilə təsis edilmişdir. İslam Mərkəzi İngiltərədə yaşayan müsəlmanların iştirakı ilə xeyriyyə müəssisəsi kimi fəaliyyət göstərir.

London İslam Mərkəzində dini ayinlər, ibadət, dini çıxışlar, dini toplantılar və İslam maarifnin təbliği və elmi və mədəni toplantılar icra edilir.     

http://iqna.ir/fa/news/3784847

Ad:
E-poçt:
* Comment:
* captcha: