IQNA

Burkina-Fasoda Quran müəssisəsi təsis edildi – Foto

0:13 - February 02, 2019
Xəbər sayı: 3484620
Afrikanın qərbində yerləşən Burkina-Faso respublikasının Bobo-Diulaso şəhərində İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının təşəbbüsü ilə "Varisul-Ənbiya" Quran müəssisəsi təsis edildi.

Burkina-Fasoda Quran müəssisəsi təsis edildi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Afrikanın qərbində yerləşən Burkina-Faso respublikasının Bobo-Diulaso şəhərində "Varisul-Ənbiya" Quran müəssisəsi təsis edildi.

Bu Quran müəssisəsi İmam Hüseynin (ə) Kərbəladakı müqəddəs ziyarətgahının idarə heyətinin təşəbbüsü ilə təsis edilib və İraqda dini təbliğçilər və Quran aktivistlərinin yetişdirilməsi sahəsində fəaliyyət göstərən "Varisul-Ənbiya" Qurani-Kərim fəaliyyətləri müəssisəsinin bir şöbəsidir.

İmam Hüseynin (ə) Kərbəladakı müqəddəs ziyarətgahının idarəçiliyi nəzdində fəaliyyət göstərən Darul-Quranın məsulu Şeyx Həsən Mənsuri müəssisəsinənin açılış mərasimində deyib: Burkina-Fasoda təsis edilən "Varisul-Ənbiya" müəssisəsi regionda Quran və dini sahədə təbliğatçıların yetişdirilməsində mühüm mərkəzlərdən biri olacaqdır.  

Qeyd edək ki, İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının Quran idarələri və dini mədrəsə məsulları Afrikanın qərbində səfərdədirlər. Onlar Afrika ölkələrində müsəlmanların, xüsusi ilə də şiələrin vəziyyəti ilə maraqlanır və dini müəssisələrin təsisi üçün mövcud imkanları araşdırırlar. Bundan öncə də "Varisul-Ənbiya" Quran müəssisəsinin digər şöbəsi Afrikanın şərqində Uqanda respublikasında təsis edilmişdi.    

http://iqna.ir/fa/news/3786314

افتتاح مؤسسه قرآنی «وارث الانبیاء» در بورکینافاسو
 
افتتاح مؤسسه قرآنی «وارث الانبیاء» در بورکینافاسو
 
افتتاح مؤسسه قرآنی «وارث الانبیاء» در بورکینافاسو
 
افتتاح مؤسسه قرآنی «وارث الانبیاء» در بورکینافاسو
captcha