İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Cümə namazlarının xütbələri dünyanın 17 canlı dilinə tərcümə edilməlidir.
Bu təklif ilə Misrin İslami Fondlar Naziri Məhəmməd Muxtar Cümə bu gün (şənbə, 2 Mart 2019) çıxış edib.
Misrin İslami Fondlar Naziri Məhəmməd Muxtar Cümə nazirliyin nəzdində fəaliyyət göstərən "Dəvətçilərin və Məscid İmamlarının Yetişdirilməsi Beynəlxalq Akademiyası"nın tələbələri ilə görüşündə deyib: Vəqflər (İslami Fondlar) Nazirliyi ölkənin Cümə namazı xütbələrinin xarici dillərinə tərcümə edilməsində maraqlıdır və bu məsələyə diqqət ayırır.
Məhəmməd Muxtar Cümə əlavə edib: Cümə namazlarının xarici dillərə tərcümə edilməsinin əsas hədəfi müsəlmanların, eləcə də qeyri-müsəlmanların həqiqi İslam əxlaqı və insani dəyərlər ilə tanış edilməsidir.