IQNA

əl-Əzhər itilmiş mövqeyini qaytarmaq istəyir

23:37 - March 30, 2019
Xəbər sayı: 3484907
Terrorçu radikallar son illərdə sosial şəbəkələrdə 46 min səhifə açaraq öz vəhşiliklərini video və foto formatında paylaşdılar. Və bunu İslam ayinlərinə əməl kimi dünyaya təqdim etdilər.

əl-Əzhər itilmiş mövqeyini qaytarmaq istəyirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, internet və sosial şəbəkələrin geniş şəkildə yayılmasından öncə Misrin əl-Əzhər İslam Mərkəzi təkcə Ərəb ölkələri, Əhl-Sünnə müsəlmanları və İslam dünyasında deyil, hətta bütün dünyada İslam Mədəniyyətinin və İslami Elm və Maarifin əsas mərkəzi sayılırdı.

İslam dünyası üçün dini maarifin bəyan edilməsi və şəritə hökmlərinin təfsiri barədə rəy vermək iqtidarına malik idi.

Amma sosial şəbəkələrin çoxalması və müxtəlif radikal firqələrin yaradılması, təkfirçilərin özlərini müsəlman və İslam sözçüsü kimi dünyaya tanıtması bu mərkəzin keçmiş əzəmət, şöhrət və iqtidarına ciddi zərbələr vurdu.

əl-Əzhər İslam Mərkəzinin məsulu Turqi Şəban Məhəmməd bu barədə deyir: Radikal terroristlər insanları qətliam etməyi böyük iş hesab edirlər. Bunu Allah üçün etdiklərini deyirlər. Halbuki İslam təlimləri insanlara Allah adı ilə yaşamağı və insanlara yaşamaq fürsəti verməyi daha dəyərli hesab edir. Buna görə də bu mərkəz 2015-ci ildən İŞİD-in sosial şəbəkələrdə İslamdan yanlış anlayışları yaymağının qarşısını almağa çalışır. Onların naqis və batil fətvaları təkzib edir.

Terrorçu radikallar son illərdə sosial şəbəkələrdə 46 min səhifə açaraq öz vəhşiliklərini video və foto formatında paylaşdılar. Və bunu İslam ayinlərinə əməl kimi dünyaya təqdim etdilər.

əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib müasir dövrdə dünyanın gözünün İslamda olduğunu vurğulayaraq dedi: Radikal təriqətlərlə mübarizə aparmaq lazımdır və zəruridir. əl-Əzhər İslam Mərkəzi illər boyu İslam dininin həqiqi dəyərlərini qorumağı və yaymağı bacarmışdı. Yenə də çalışacaq ki, öz məsuliyyətini radikal və batil cərəyanların qarşısını almaqda uğurla həyata keçirsin.   

http://iqna.ir/fa/news/3800238

Teqlər: misr ، əl-əzhər ، radikal ، İŞİd
captcha