IQNA

Livanlı xanım: Gözdən əlillərin Quran yarışları ayrıca keçirilsin

11:36 - April 13, 2019
Xəbər sayı: 3484980
Fatimə Hüseyn Yunis İran İslam Respublikasının 36-cı beynəlxalq Qurani-Kərim yarışları nəzində keçirilən xanımlar arasında 3-cü beynəlxalq Qurani-Kərim yarışlarında Livanı təmsil edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fatimə Hüseyn Yunis İran İslam Respublikasının 36-cı beynəlxalq Qurani-Kərim yarışları nəzində keçirilən xanımlar arasında 3-cü beynəlxalq Qurani-Kərim yarışlarında Livanı təmsil edib.

Bu yarışlarda xanımlar arasında bir neçə nəfər görmə qüsuru olan xanım da iştirak edib. Onlardan biri də görmə qüsuru olan Quran hafizi xanım Fatimə Hüseyni Yunisdir. O, Livanda keçirilən Quran yarışlarında 4 dəfə birinci yeri qazanıb. Onun 20 yaşı var. 15 yaşında ikən Quranı əzbərləyəməyə başlayıb və 3 il altı ay ərzində Quranı kamil şəkildə hifz edib. Hazırda Livan universitetinin Ərəb Ədəbiyyatı fakültəsində təhsil alır. Bundan öncə də 2017-ci ildə İran İslam Respublikasının tələbələr arasında Quran yarışlarında iştirak edərək 3-cü yeri qazanıb.

چهار بار در مسابقات قرآن غیر روشندلان اول شده‌ام

Livanlı Quran hafizi xanım Fatimə Hüseyni Yunis İQNA ilə müsahibəsində dedi: İran İslam Respublikasının Quran yarışları dünya səviyyəsində misilsizdir. Bu yarışların xanımlar arasında keçirilən 3-cü turunda Quranın bütöv hifzi üzrə iştirak edirəm. Görmə qüsuru olan xanımlar sağlam xanımlar ilə birlikdə yarışa qatılıblar. Görmə qüsuru olan xanımlar üçün müstəqil yarışlar təşkil olunsaydı daha yaxşı olardı. Bu məsələ kişilər bölümündə riayət edilib. Buna görə də təklif edirəm ki, sonrakı illər üçün görmə qüsuru olan xanımlar da müstəqil şəkildə yarışlara qatılsınlar.

Fatimə Hüseyni Yunis müsahibəsinin davamında Quran yarışlarının İslam ümməti arasında vəhdəti gücləndirməsinə işarə edərək dedi: İslam ümmətinin vəhdəti möhkəmlənməlidir və bu çox mühüm bir məsələdir. Çünki bu gün İslam dünyasında fintələr çoxalıb. Əgər müsəlmanlar ayıq və bir olarlarsa, düşmənin fitnəsi nakam qalar.

O, sosial şəbəkələrdə Quranın təlimi ilə razılaşdığını önə çəkərək dedi: Əgər insan müasir texnologiyadan hədəfli, müsbət və faydalı istifadə edərsə, yaxşı nəticələr əldə edəcəkdir. Quran qiraəti və hifzi ilə bağlı bir çox şeyləri sosial şəbəkələr vasitəsi ilə əldə etmişəm.

Xatırladaq ki, İran İslam Respublikasının qadınlar arasında keçirilən 3-cü beynəlxalq Quran yarışları 26 ölkənin iştirakı ilə Aprel ayının 9-dan 12-dək keçirildi.   

http://iqna.ir/fa/news/3802850

captcha