IQNA

16:03 - April 28, 2019
Xəbər sayı: 3485047
Ərəbistanın İtaliya bombaları ilə həyata keçirdiyi hava hücumları ilə Yəməndə xalqın qanına qəltan olunması davam etməkdədir.
Ərəbistanın İtaliya bombaları ilə keçirdiyi hava hücumları ilə Yəməndə xalqın qanına qəltan edilməsinin davam etdiyi bir halda, İtaliyanın siyasi və media dairələrində səud rejiminin və müttəfiqlərinin bu bəşəriyyətə zidd cinayətləri qarşısında ağır bir sükut hökm sürür.

Bir italiyalı sülhsevər fəal IRIB-nin Romadakı müxbirinə deyib: Doğrudan da utancgətiricidir ki, ötən dörd ildə Ərəbistanın və onun ərəb müttəfiqlərinin aşkar hücumları nəticəsində Yəmənin günahsız xalqından minlərlə nəfərin öldürülməsinə rəğmən, İtaliya Amerikanın siyasətlərinin ardınca və öz iqtisadi maraqları istiqamətində hərəkət edərək, nəinki indiyədək onu pisləməyib, əksinə bu ölkələrə bomba satmaqda davam edir. Belə bir halda, qızıl xaç və qırmızı aypara cəmiyyətləri üzrə beynəlxalq federasiyanın sədri dəfələrlə Yəməndəki böyük insan faciəsi ilə bağlı xəbərdarlıq edibdir. Ekspertlərin sözlərinə görə, Yəməndə kəskin qida çatışmazlığının olduğu və təhlükəli xəstəliklərin görünməmiş həddə artıdığı və bir çox yəmənlini, xüsusən uşaqları ölüm təhlükəsi ilə üzləşdirdiyi bir halda, insan haqları iddiasında olan Qərb ölkələri susmaqda davam edirlər. İtaliya milli mətbuat federasiyasının sədri Cüzeppe Culliti deyib:

Bəzi Avropa ölkələri insan haqlarını beynəlxalq münasibətlər və diplomatik məsələlərə fəda etmək istəyirlər. Amma belə deyil və insanların izzətini pula və silaha satmaq olmaz. İtaliya hökuməti ötən il ərəbistana silah satışının dayandırılması ehtimalından söhbət etmişdi ki, bu günədək belə bir məsələ reallaşmayıbdır.

Sahartv
Teqlər: İtaliya ، Ərəbistan ، Yəmən ، iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: