Kanadanın paytaxtı Ottava şəhərinin müsəlmanları mayın 19-da Qəzza xalqına dəstək məqsədilə iftar süfrəsi təşkil edəcək.

İQNA, Maide.Az-a istinadla xəbər verir ki, iftar süfrəsi ilə bağlı tanınmış din alimləri və şəxsiyyətlər çağırış edib.
Çağrışda bildirilir: “Qəzzada müsəlmanlar hələd acınacaqlı durumdadır. Bu bölgədə yaşayan minlərlə insan yemək, su, yanacaq və dərman çatışmamazlığından əziyyət çəkir. Biz ehtiyacı olanların ümidini və şərəfini birlikdə qazana bilərik”.
Mərasim may ayının 19-da Ottava şəhərinin Sala San Marko konqres mərkəzində təşkil olunacaq.