IQNA

12:07 - June 04, 2019
Xəbər sayı: 3485266
Mübarək Ramazan ayının sonuna yaxınlaşması münasibəti ilə Mədinə və Məkkəd kimi şəhərlərində yerləşən dünyanın ən böyük məscidləri Fitr bayramı namazını qılacaq möminləri qarşılamağa hazırlaşıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, mübarək Ramazan ayının sonuna yaxınlaşması münasibəti ilə dünyanın ən böyük məscidləri Fitr bayramı namazını qılacaq möminləri qarşılamağa hazırlaşıb.

Fitr bayramı namazında dünyanın ən izdihamlı məscidləri Ərəbistan, Pakistan, Hindistan və BƏƏ-nin aşağıdakı məscidləri olacaq:

Məscidul-Həram

Bu məscid Həzrət İbrahim peyğəmbərin (ə) zamanında tikilib. Kəbəbin ətrafında tikilmiş bu məscidin günbəzləri əvvəlcə yaşıl olsa da 1837-ci ildə dəyişdirilərək indiki rənglə bəzədilib. Bu məscidin namazqılan tutumu 4 milyon nəfərdir. Bu il Fitr bayramı günü Məscidul-Həramda 900 min nəfərin namaz qılacağı ehtimal edilir.

Məscidun-Nəbi

Hicrətin birinci ili tikilən və hazırda 1440 yaşı olan bu məscid sonuncu dəfə 1994-cü ildə genişləndirilib. Hazırda burada eyni zamanda 1 milyon nəfər insan namaz qıla bilər.   

بزرگترین مساجد پذیرای نمازگزاران عید فطر در جهان

Feysəl məscidi

Pakistanın İslamabad şəhərində 1969-cu ildə planı hazırlanmış və 1976-cı ildə Türkiyəli memar Vidat Dalukay tərəfindən inşasına başlanılmış bu məscidin tikintisi 1968-cı ildə başa çatıb. Məscid Ərəbistanın padşahı Məlik Feysəlin maddi dəstəyi ilə tikilib. Bu məsciddə eyni zamanda 100 min nəfər namaz qıla bilər.

بزرگترین مساجد پذیرای نمازگزاران عید فطر در جهان

Şeyx Zayid məscidi

BƏƏ-nin Əbu-Zəbi şəhərində Suriyalı memar Yusif Əbdülkey tərəfindən layihəsi hazırlanmış bu məscid 1996-2007-ci illərdə tikilib. Məscid Türkiyə, Mərakeş, Pakistan və Misr memarlıq üslubunun tərkibi əsasında inşa edilib. BƏƏ-nin ən böyük məscidi sayılan bu məsciddə eyni zamanda 40 min nəfər namaz qıla bilər.   

بزرگترین مساجد پذیرای نمازگزاران عید فطر در جهان

Dehlinin Came məscidi

Bu məscid hindistanın monqol padşahı Şah Cahanın imperatorluğu dövründə tikilib. Hicri-Qəməri tarixi ilə 1060-1066-cı illərdə inşa edilmiş bu məsciddə eyni zamanda 25 min nəfər namaz qıla bilər.   

بزرگترین مساجد پذیرای نمازگزاران عید فطر در جهان

http://iqna.ir/fa/news/3816862

Ad:
E-poçt:
* Comment: