IQNA

0:29 - June 23, 2019
Xəbər sayı: 3485369
İslam dünyasının hazırkı problemləri ilə qarşılaşmağın ən yaxşı yolu həqiqi İslama qayıdışdır. Dünyanın imperialist dövlətləri irqi və dini ixtilaflardan istifadə edərək müsəlman millətləri əzirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət Nazirliyinin Quran və İtrət idarəsinin rəisi Höccətul-İslam vəl-müslimin Əbdülhadi Fəqəhizadə Hindistanda keçirilən Quran həftəsinin açılış mərasimində dedi: Hazırda İslam dünyası müasir dövrdə müxtəlif problemlərlə üz-üzədir. Qərb dünyası müsəlman cəmiyyətlərini hədəfə almışdır.

O əlavə etdi: İslam dünyasının hazırkı problemləri ilə qarşılaşmağın ən yaxşı yolu həqiqi İslama qayıdışdır. Dünyanın imperialist dövlətləri irqi və dini ixtilaflardan istifadə edərək müsəlman millətləri əzirlər.

Quran və İtrət idarəsinin rəisi vurğuladı: Bu kimi toplantılar çox dəyərlidir və xalqların yaxınlaşmasına səbəb olur. Habelə İran və Hindsitan arasında ikitərəfli əlaqələrin dərin keçmişi vardır. Bu əlaqələr dini və mədəni sahədə də qədim tarixə malikdir.

Höccətul-İslam vəl-müslimin Əbdülhadi Fəqəhizadə çıxışının davamında İran və Hindistan alimlərinin Quran sahəsindəki faəliyyətlərindən danışaraq bildri ki, indiyədək Hindistan alimləri tərəfindən Qurani-Kərimə 50-dən çox təfsir yazılmışdır.

Qeyd edək ki, qədim İran alimləri Qurana 400 adda təfsir yazıblar. İran İslam İnqilabı dönəmində isə Qurana 40-dan çox təfsir yazılıb.   

http://iqna.ir/fa/news/3821466

Teqlər: iqna ، Quran ، hindistan ، iran ، quran həftəsi
Ad:
E-poçt:
* Comment: