IQNA

Xristian cavanlar İmam Musa Sədrin bacısı ilə görüşdülər

20:18 - June 30, 2019
Xəbər sayı: 3485422
Müxtəlif millətlərin nümayəndələri olan bu gənclər Almaniyanın "Malta" səyyar həkimlər cəmiyyətinin sədri İsa Fərəxin rəhbərliyi ilə "İmam Musa Sədr müəssisəsi"nə baxış keçiriblər.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam və məsihiyyət (xristinalıq) arasında dialoq tərəfdarı olan bir qrup gənc İmam Musa Sədrin bacısı Rübab Sədr ilə görüşüblər.

Müxtəlif millətlərin nümayəndələri olan bu gənclər "Malta" həkimlər cəmiyyətinin sədri İsa Fərəxin rəhbərliyi ilə "İmam Musa Sədr Müəssisəsi"nə baxış keçiriblər.  

Gənclər "İmam Musa Sədr Müəssisəsi"nin müdiri və İmam Musa Sədrin bacısı xanım Rübab Sədr ilə görüşərək Orta Şəqrin tarixi, mədəniyyəti və müasir siyasi problemləri barədə danışıblar.

Xanım Rübab Sədr qardaşı İmam Musa Sədrin 1975-ci ildə "Kəbuşyin Ataları" kilsəsindəki çıxışına işa edərək cavanlara İslam və xristianlıq arasında dialoqun gücləndirilməsini tövsiyə etdi və vurğuladı: Cavanların Livanın və dünyanın hər bir nöqtəsinin həriqi ümidləridirlər.  

Qeyd edək ki, bu görüş "Karvan" layihəsi çərçivəsində həyata keçirilib. Bu layihə 2009-cu ildən Almaniyanın "Malta Həkimlər Cəmiyyəti" və Livanın "İmam Musa Sədr Müəssisəsi" tərəfindən mütəmadi olaraq həyata keçirilir.

Almaniyanın "Malta Həkimlər Cəmiyyəti" 1985-ci ildən "Siddiqin" xəstəxanası və 2007-ci ildən "səyyar tibbi vahid" formasında İmam Musa Sədr müəssisəsi ilə həmkarlıq edir.  

http://iqna.ir/fa/news/3823132

Teqlər: iqna ، musa sədr ، rübab sədr ، malta
captcha