
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın İslam Muzeyi 1998-ci ildə təsis edilib. Bu muzeydə Qurani-Kərimin müxtəlif ölkələrə aid tarixi və qədim əlyazma nüsxələri xəzinəsi mövcuddur.
Malaziyanın İslam Muzeyinin on iki qalereyası var. Onların hər birində İslam tarixinə aid qiymətli cəvahirlər, parça, seramik, abginə, döyüş silahları, Quran nüsxələri və müxtəlif kitabların əlyazma nüsxələri var.
Bu nüsxələr arasında 1622-ci ildə kitabət edilmiş İran Quran nüsxəsi, İndoneziyanın Açe əyalətinin taxta qutusu olan Quran nüsxəsi, Afrikanın şimalına aid Quran nüsxəsi, Hicaz xətti ilə yazılmış Quran nüsxəsi, Latın-Ərəb çapı Quran nüsxəsi, Səlcuqilər dövrünə aid Qurandan bir səhifə, dəri üzərinə Kufi ilə xətti ilə yazılmış Quran nüsxəsi, Mərkəzi Asiyaya aid Quran nüsxəsindən bir səhifə və Çexoslovakiyaya aid kiçik Quran nüsxəsini müşahidə edilir.
İranlı hüsnxətt ustadı xanım Təndis Təqəvi bu muzeydəki Quran nüsxələrindən İQNA üçün eksklüziv olaraq fotolar göndərib. Həmin fotoları təqdim edirik:
Bu muzeyin ən kiçik Quran nüsxəsi. Bu nüsxə Çexoslovakiyaya aiddir

Mərkəzi Asiyaya aid Quran nüsxəsindən bir səhifə. Nüsxə 14-cü əsrə (8-ci hicri-qəməri) aiddir

13-cü əsrə aid (7-ci hicri-qəməri) İrana məxsus Quran nüsxəsindən bir səhifə

Dehlinin mikrofilm mərkəzində hazırlanmış bütün Quran bir səhifədə

İndoneziyanın Cava əyalətinin Quran nüsxəsi (19-cu əsr)

Afrikanın Şimalında yazılmış Quran nüsxəsi (19-cu əsr)


Sudana aid Quran nüsxəsi (19-cu əsr)

Osmanlı dövrünə aid Quran nüsəxsi (18-ci əsr)



İranın Səlcuqilər dövrünə aid Quran nüsxəsindən bir səhifə

İndoneziyanın Açe əyalətinin taxta qutusu olan Quran nüsxəsi

1622-ci ildə (1031 hq) kitabət edilmiş İran Quran nüsxəsi

Ərəbistan aid Hicaz xətti ilə yazımış Quran nüsxəsi

Latın-Ərəb çapı Quran nüsxəsi. Almaniyanın Hamburq şəhərinin Abraham Hinklman nəşriyyatı çap edib.

Afrikanın şimalında Kufi xətti ilə dəri üzərinə yazılmış Quran nüsxəsi

Muzeydə olan Quran nüsxələrindən digər iki şəkil

