İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şərafətli Həcc ayini günlərində müqəddəs Məkkə şəhərində Kəbə evinin yaxınlığında "Hərəmeyni-Şərifeyn Memarlığı sərgisi" keçirilir.
1200 kv.metr sahədə yerləşən bu sərgi İslami memarlığın Hicaz (Məkkə və Mədinə) üslubları əsasında dizayn edilmişdir.
İki şərəfli hərəmin (Məkkə və Mədinə) memarlıq üslublarının nümayiş olunduğu bu sərgini Həcc ayinlərinin icrası günlərində hər gün 2 mindən 6 minədək zəvvar ziyarət edir.
Bu sərgi 2000-ci ildən fəaliyyətə başlayıb. Sərgidə insanlar Məscidul-Həram və Məscidun-Nəbinin memarlıq üslubları və tarixi dəyişiklikləri və həmçinin İslam mədəniyyəti və incəsənəti ilə tanış olurlar.
Bu sərgi ümumi, məscidul-həram, Kəbə, məscidun-nəbi, əlyazma nüsxələr, ümumi fotolar və zəmzəm adlı yeddi salondan ibarətdir.
Sərgidə Qurani-Kərimin müxtəlif dövlərə aid əlyazma nüsxələrini, Osman ibn Əffan dövrünə aid əlyazmaları, tarixi eksponantları və Zəmzəm quyusuna aid əşyaları müşahidə etmək olur.