IQNA

21:59 - September 16, 2019
Xəbər sayı: 3485820
Çin hökuməti Sintszyan Uyğur Muxtar Rayonundakı məscidlərə üz tanıma cihazları yerləşdirərək müsəlmanları qarşı təzyiq altında saxlamağı genişləndirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çin hökuməti Sintszyan Uyğur Muxtar Rayonundakı məscidlərə üz tanıma cihazları yerləşdirərək müsəlmanları qarşı təzyiq altında saxlamağı genişləndirib.

Məscidə girmək istəyənlər girişdəki kiçik otağa daxil olur, üz tanıma sistemi onların görüntüsünü aldıqdan sonra içəri buraxılır.

Məlumata görə, bu cihazlar vasitəsilə insanların məscidlərə gəlməsinin qarşısının alınması planlaşdırılır. Belə ki, bir şəxs bir neçə dəfə məscidə getsə, həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilə və polislər onu müxtəlif səbəblərlə saxlaya bilər.

BMT-nin məlumatına görə, 2017-ci ildən bu günə qədər Çinin Uyğur bölgəsində saxlama məntəqələrində 1 milyona yaxın müsəlmanlar ağır şərtlərdə saxlanılır.

Ad:
E-poçt:
* Comment: