IQNA

ƏRBƏİN zəvvarları viza ləğvindən bir dəfə istifadə edə bilərlər

16:22 - September 25, 2019
Xəbər sayı: 3485874
Zəvvarlar Məhərrəm və Səfər ayında müqəddəs məkanları ziyarət etmək üçün pasportlarına viza yapışdırmadan və təkcə sərhəddə vurulan "Ərbəin vizası"ndan istifadə edərək İraqa səfər edə bilərlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq və İran arasındakı anlaşmaya əsasən zəvvarlar Məhərrəm və Səfər ayında müqəddəs məkanları ziyarət etmək üçün pasportlarına viza yapışdırmadan və təkcə sərhəddə vurulan "Ərbəin vizası"ndan istifadə edərək İraqa səfər edə bilərlər.

İraq və İranın müştərək ƏRBƏİN işləri qərargahı elan edib ki, Məhərrəm və Səfər ayında İraqdakı müqəddəs məkanları ziyarət etmək istəyənlər təkcə bir keçid üçün vizasız pasportdan istifadə edə bilərlər. İkinci dəfə İraqa keçid üçün mütləq viza alınmalı və pasporta yapışdırılmalıdır.   

Buna görə Məhərrəm və Səfər aylarında İraqa keçib qayıdan və yenidən getmək istəyənlər üçün sərhəddə viza almaq imkanı olmayacaq. Bu məsələ İraqa təyyarə ilə gedənlərə də aiddir. Bağdad hava limanı vizası olmayanları geri qaytaracaq.

Qeyd edək ki, Sentyabrın 24-də İraqa vizasız keçmək istəyən zəvvarlara artıq bir dəfə bu imkandan istifadə etdikləri üçün sərhədi keçməyə icazə verilməyib.  

http://iqna.ir/fa/news/3844765

captcha