IQNA

22:37 - October 02, 2019
Xəbər sayı: 3485904
Fələstinli Əsirlər Klubunun bu gün (2 Oktyabr 2019) yaydığı məlumatda deyilir: Sionist rejimi Fələstinli əsirlərdən etiraf almaq üçün onlara müxtəlif metodlarla psixi və fiziki işgəncələr verirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sionist İsrail rejiminin həbsxanlarında Fələstinli əsirlərə verilən işgəncələr barədə yeni hesabat yayılıb.

Fələstinli Əsirlər Klubunun bu gün (2 Oktyabr 2019) yaydığı məlumatda deyilir: Sionist yəhudi rejimi Fələstinli əsirlərdən etiraf almaq üçün onlara müxtəlif metodlarla psixi və fiziki işgəncələr verirlər.

Məlumatda əlavə edilir: İsrail həbsxanalarında saxlanılan Fələstinli əsirlərin 95 faizindən çoxu bu işgəncələrə məruz qalırlar. Həbs edilən Fələstinlilər saxlanılan gündən ümumi kaloniyalara göçürülənədək ən pis işgəncələrə dözməli olurlar. Əsirlər infiradi otaqlarda saxlanılır, sanitariyadan məhrum edilir, həkimlərlə görüşmələrinə icazə verilmir, onlara itlərlə hücum edilir, güllə ilə atəş açılır, lüt soyundurulurlar, zəncirlə bağlanırlar, gözləri bağlı saxlanılırlar və məruz qaldıqları psixi və fiziki işgəncələr nəticəsində həyatlarını itirirlər.     

Fələstinli Əsirlər Klubu yazır: 1967-ci ildən indiyədək İsrail həbsxanalarında ən azı 73 əsir işgəncələr altında ölmüşdür və bu məsələ hələ də davam edir.

http://iqna.ir/fa/news/3846842

 

 

Teqlər: israil ، əsirf ، fələstin ، iqna
Ad:
E-poçt:
* Comment: