IQNA

Ayətullah Sistaninin nümayəndəsi:
6:38 - October 05, 2019
Xəbər sayı: 3485917
Son günlərin iğtişaşlarında baş verənlərlə bağlı nigarançılığını bildirən xətib dövlətdən xalqın problemləri və narahatçılıqlarının azadılması yönündə öz vəzifəsinə layiqincə əməl etməsini tələb edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müsəlmanların İraqda yaşayan təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin Kərbəla şəhərindəki nümayəndəsi Əhməd Safi dünən, həftənin Cümə günü, 4 Oktyabr 2019-cu il, Kərbəla şəhərinin Cümə namazının xütbəsində ölkənin məsul qrumlarının iqtisadi, siyasi, sosial və ictimai fəsadlarla mübarizə etməsinin zəruriliyini vurğulayıb.  

Əhməd Safi son günlərin aksiya və iğtişaşlarında baş verənlərlə bağlı nigarançılığını bildirərək İraq dövlətindən xalqın problemləri və narahatçılıqlarının azadılması yönündə öz vəzifəsinə layiqincə əməl etməsini tələb edib.

Aksiyalarda yaralanan və ölənlərə görə narahat olduğunu bildirən Cümə xətibi əlavə edib: İraq dövləti xalqın sosial və məişət problemləri ilə maraqlanmalı və müşküllərin həlli üçün islahatlar aparmalıdır.

O vurğulayıb: Dövlətin məsul qrumları gərək xalqla rəftarda öz üslublarını islah və fəsadla mübarizə etsinlər.  

http://iqna.ir/fa/news/3847124

Ad:
E-poçt:
* Comment: