IQNA

22:24 - October 14, 2019
Xəbər sayı: 3485955
İraqın Samerra şəhərinin əməliyyat komandanlığı iki intiharçı terrorçunun məhv edildiyini və İŞİD-in ƏRBƏİN zəvvarları əleyhinə həyata keçirmək istədiyi terror planının qarşısının alındığını xəbər verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İraqın Samerra şəhərinin əməliyyat komandanlığı iki intiharçı terrorçunun məhv edildiyini və İŞİD-in ƏRBƏİN zəvvarları əleyhinə həyata keçirmək istədiyi terror planının qarşısının alındığını xəbər verib.

İraqın Samerra şəhərinin əməliyyat komandanlığı bu gün, həftənin birinci günü, 14 Oktyabr 2019-cu il, təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində terrorun qarşısının alındığını məlumat verib.

Məlumatda deyilir: İŞİD terror qruplaşmasına aid intiharçı terrorçular Samerra şəhərinin şərqində yerləşən Seyfunə rayonunda İmam Hüseyn (ə) zəvvarlarını hədəfə almışdılar. İki intiharçı terrorçu özlərinə bağladıqları iki partlayıcı kəmər və dörd ədəd partlayıcı qurğunu işə salaraq zəvvarları öldürmək istəyiblər. Amma təhlükəsizlik qüvvələrinin sayıqlığı nəticəsində terrorun qarşısı alınıb, terrorçular məvh edilib və partlayıcı kəmər və qurğular ələ keçirilib.

https://iqna.ir/fa/news/3849960

Teqlər: ərbəin ، terror ، samerra ، iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: