IQNA

22:50 - October 18, 2019
Xəbər sayı: 3485985
Əfqanıstanın Nəngərhar əyalətinin məscidlərindən birində Cümə namazı qılınarkən törədilən partlayışlar nəticəsində ölənlərin sayı 30 nəfəri keçib və çox sayda yaralılar var.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  bu gün, həftənin Cümə günü, günün ikinci yarısında, 18 Oktyabr 2019-cu il, yerli vaxtla saat 14:00 radələrində Əfqanıstanın Nəngərhar əyalətinin məscidlərindən birində Cümə namazı qılınarkən törədilən partlayışlar nəticəsində ölənlərin sayı 30 nəfəri keçib.

Bu barədə "Pajvak" agentliyi "Twitter" hesabından məlumat yayıb. Məlumata görə, otuzdan çox insan həyatını itirib və onlarla yaralı xəstəxanalara göndərilib. Partlayış nəticəsində məscidin damının uçduğu bildirilir.

Hələlik bölgədə fəaliyyət göstərən qruplaşmalardan heç biri başverənlərə görə məsuliyyəti üzərinə götürməyib.

https://iqna.ir/fa/news/3850820

 

 

Ad:
E-poçt:
* Comment: