IQNA

9:24 - October 19, 2019
Xəbər sayı: 3485989
İngiltərə kraliçasının nəvəsi şahzadə Vilyam Duk Kambric və onun həyat yoldaşı xanım Keyt (Kate) Midleton (Middleton) Pakistanın Lahur şəhərinin qədim və tarixi məscidni ziyarət ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərə kraliçasının nəvəsi şahzadə Vilyam Duk Kambric və onun həyat yoldaşı xanım Keyt (Kate) Midleton (Middleton) Pakistanın Lahur şəhərinin qədim və tarixi məscidni ziyarət ediblər.

Həftənin Cüməaxşamı günü (17 Oktyabr 2019) Lahurun 17-ci əsrdə tikilmiş "Padşahlıq məscidi"ni ziyarət edən cütlər bir neçə dəqiqə Quran tilavətinə də qulaq asıblar.

İngiltərə mediası bu xəbəri geniş işıqlandırıb və diqqəti xanım Keyt Midletonun geyiminə və baş örtüsünə çəkiblər. Xanım Midleton Pakistanın ənənəvi geyimi ilə məscidə gedib.

Habelə İngiltərə mediaları kral ailəsinin bu məscidi bundan öncə də dəfələrlə ziyarət etdiklərini öncə çəkiblər.  

Qeyd edək ki, Keyt Midleton atası ilə birlikdə 3 il İordaniyada yaşayıb və orada Quranı və Ərəb dilini öyrənib.  

https://iqna.ir/fa/news/3850743

Ad:
E-poçt:
* Comment: