IQNA

15:20 - November 01, 2019
Xəbər sayı: 3486067
İraqın böyük mərcəyi-təqlid alimi Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Sistaninin dəftərxanasının informasiya portalı dinc etiraz aksiyalarına qatılmağın bütün İraq xalqının haqqı olduğunu bildirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistaninin bürosu dinc etiraz aksiyalarına qatılmağın bütün İraq xalqının haqqı olduğunu bildirib.

Ayətullah Sistaninin bürosu oktyabrın 31-i nəşr etdiyi bəyanatda, İraqın böyük mərcəyi-təqlid aliminin etirazçıların islahatçı tələblərinə dəstəyini vurğuladığı qeyd olunub.

Ayətullah Sistani, həmçinin mitinqlərdə mərcəiyyətin adının istifadə edilməməsi və ya nümayişlərdə təşkilatların rəmzlərinin daşınmamasını da istəyib.

Digər tərəfdən, İraqın Əl-Həşduş Şəbi təşkilatı ölkənin siyasi vəziyyətinə müdaxilə etmədən etirazçıların dinc tələblərinə dəstək verdiyini bildirib.

https://iqna.ir/fa/news/3853701

Teqlər: iqna ، iraq ، sistani ، ayətullah ، aksiya ، bağdad ، nəcəf
Ad:
E-poçt:
* Comment: