IQNA

Xəbərdarlıq!
23:11 - November 01, 2019
Xəbər sayı: 3486069
Amerika və sionist yəhudilərin bu planını İraqda "bəəs" (Səddam rejimi) partiyasının qalıqları həyata keçirirlər. Onlar xalqın dinc aksiyalarını iğtişaşa çevirmək istəyirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika, sionist İsrail rejimi və Səudiyyə Ərəbistanı sünnilər arasında yaratdıqları İŞİD terrorçularının vasitəsi ilə hədəflərinə çata və müqavimət xəttini qıra bilmədikləri üçün bu dəfə İŞİD-dən "şiə" düzəldib İraqda təxribat yaratmaq istəyirlər.

Bu mənfur üçlük koalisiya sünni-şiə savaşı yaratmaq əməliyyatında məğlubiyyətədə uğradıqdan sonra "daxili hücum" nəzəriyyəsini həyata keçirmək istəyirlər. Bu məqsədlə şiə cəmiyyətində parçalanma yaratmaq üçün çalışırlar.

Düşmənlər xaricdən hücuma məruz qalan şiənin gücləndiyini bildikləri üçün bu cəmiyyəti daxildən dağıtmaq üçün planlar hazırlayıblar. Çoxlu pul xərcələyərək İŞİD kimi terrorçuları şiə geyimində müxtəlif cəmiyyətlərə ötürürlər. Onların vasitəsi ilə şiələrin avamlarını batil yola çəkir və azdırırlar.  

Bu özünü İraqın Bağdad və digər şəhərlərində baş verən etiraz aksiyalarında da göstərdi. Aksiyaçıların arasına qatılan "işid-çi şiə"lər elmi dini hövzələri, dini mərcəiyyəti, ziyarətləri və ƏRBƏİN ziyarətini təhqir etdilər, Həşdüş-Şəəbi, İran, Suriya, İraq və Livanın İslami müqavimətini hədəfə aldılar.

Amerika və sionist yəhudilərin bu planını İraqda "bəəs" (Səddam rejimi) partiyasının qalıqları həyata keçirirlər. Onlar xalqın dinc aksiyalarını iğtişaşa çevirmək istəyirlər.

Aksiyada baş verənlər və düşmən medianın bunu işıqlandırma tərzini izləyənlər aydın şəkildə baş düşürlər ki, düşmən "İŞİD-çi şiə" hazırlamaq niyyətindədir.

https://iqna.ir/fa/news/3853605

Ad:
E-poçt:
* Comment: