IQNA

Sabah İslam dünyasının Quran fəallarının toplantısı keçiriləcək

22:01 - November 12, 2019
Xəbər sayı: 3486131
33-cü Beynəlxalq Vəhdət Həftəsi Konfransının haşiyəsində keçirilən bu iclasda xarici və İranlı Quran fəalları, Quran müəssisələrinin məsulları və araşdırmaçılar iştirak edəcəklər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sabah, həftənin üçüncü günü, 13 Noyabr 2019-cu il, İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İslam ölkələrinin Quran aktivistlərinin toplantısı keçiriləcək.

Bu barədə İslam Dünyası Quran Fəalları İclasının katibi və İranın Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının (TƏQRİB) Quran İşləri Şöbəsinin müdiri Höccətul-İslam vəl-müslimin Əbul-Həsən Əhmədi Şahruxti  İQNA ilə müsahibəsində məlumat verib.

Quran fəallarının iclası yerli vaxtla saat 15:00-dan 17:00-dək Tehranın Azadlıq hotelinin Almaz zalında keçiriləcək.

33-cü Beynəlxalq Vəhdət Həftəsi Konfransının haşiyəsində keçirilən bu iclasda xarici və İranlı Quran fəalları, Quran müəssisələrinin məsulları və araşdırmaçılar iştirak edəcəklər.

İclasda Quran Fəallarının Ümumdünya Birliyinin mövcudluğu elan ediləcək, Quran xadimlərinin dəyərləndirilməsi üçün beynəlxalq mükafat simvolunun təqdimatı keçiriləcək və İslami ölkələrin Quran çapında müştərək fəaliyyətləri müzakirə ediləcək.

https://iqna.ir/fa/news/3856158

captcha